"İclasa ev sahibliyi edən Azərbaycana minnətdarıq" - ICYF PREZİDENTİ BİLDİRDİ
"Daima Gənclər və İdman komitəsinin üzvü olan Azərbaycan,Türkiyə, İran, İraq, Fələstin, Seneqal və Səudiyyə Ərəbistanı nazir və nazir müavinləri ilə birgə müzakirələr keçirilir". SİA xəbər verir ki, bunu jurnalistlərə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan bildirib.
Onun sözlərinə görə iclasın mövzusu 2025-ci ilə qədər İslam Əməkdaşlıq Təşkilatı ölkələrində gəncliyə və idmana ediləcək xidmətlərin nazirlər səviyyəsində müzakirəsi və bunun strategiyasının dəqiqləşdirilməsi və qərarlar alınmasıdır: “Bununla bağlı iclasa ev sahibliyi edən Azərbaycana, Azərbaycan Respublikası Prezidentinə, gənclər və idman naziri Fərid Qayıbova dərin minnətdarlığımızı bildiririk”.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə