“Mən artıq buranı sevirəm”

"Səbail”in yeni transferi Qoba Zakpa Azərbaycan təmsilçisinə keçidi ilə bağlı fikirlərini bölüşüb.

SİA Matç.az-a istinadən xəbər verir ki, Fil Dişi Sahilindən olan vinger bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Komandada məni çox yaxşı qarşıladılar. İnfrastruktur və təşkilatçılıq yüksək səviyyədədir. Mən artıq buranı sevirəm”.

Xatırladaq ki, 29 yaşlı futbolçu "Səbail”lə 1 illik müqavilə bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə