"Real"la müqavilə uzadılmasını müzakirə etmək istəmədi

"Real"la müqavilə uzadılmasını müzakirə etmək istəmədi

"Real"ın yarımmüdafiəçisi Toni Kroos Madrid klubu ilə müqavilənin uzadılmasını müzakirə etməkdən imtina edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq 32 yaşlı oyunçu gələn ilin necə keçəcəyini gözləməyi üstün tutub. Nəşrin məlumatına görə, bu qərar "Real" rəhbərliyini təəccübləndirib.

Qeyd edək ki, Kroos 2014-cü ilin yayından "kral klubu"nda çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə