Teymur Rəcəbov məğlub oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı qrossmeyster yarışın ikinci turunda qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Matç 75-ci gedişdə rəqibin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, təmsilçimiz ilk turda ağ fiqurlarla Fransa şahmatçısı Alireza Firuzca ilə heç-heçə etmişdi.

Xal durumu: Karuana, Nepomnyaşi -1,5, Rapport, Firuzca, Duda, Nakamura – 1, Liren, Rəcəbov – 0,5.

Bütün xəbərlər Facebook səhifəmizdə