"Putin bombardmanı dayandırsaydı..."

"Putin bombardmanı dayandırsaydı..."

Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Fənərbaxça" ilə düşmələri haqda danışıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis deyib: "Dinamo"nun Çempionlar Liqasında iştirakı müharibədən əziyyət çəkən ukraynalıların əhval-ruhiyyəsini yüksəltmək üçün çox vacibdir. Biz həyatın davam etdiyini və bombalara baxmayaraq, futbolu dayandırmadığımızı göstərmək istəyirik. Son 4 ayda insanların yaşadığı yerlər xarabalığa çevrilib. İndi futbol sayəsində onların üzünü güldürməyə çalışırıq. Bizim üçün çətin matç olacaq. Turnirin bu mərhələsində “Fənərbaxça” ilə qarşılaşmaq istəməzdim.

İlk oyunun Polşada keçirilməsi ehtimalı var. Halbuki Putin bombardmanı dayandırsaydı, “Fənərbaxça” ilə Kiyevdə oynayardıq. Arzu edirəm ki, müharibə bitəcək və biz yenidən izdihamlı stadionda oynayacağıq”.

Xatırladaq ki, Çempionlar Liqasının seçmə mərhələsinin 2-ci mərhələsinin ilk oyunları iyulun 19-20-də, cavab qarşılaşmaları 26-27 iyul tarixlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə