Dembele azarkeşə "Barselona"da qalacağını dedi

Dembele azarkeşə "Barselona"da qalacağını dedi

"Barselona"nın futbolçusu Usman Dembele klubdan ayrılmağı düşünmür.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi işıqforda rastlaşdığı azarkeşlərdən birinin bir neçə sualını qısaca cavablandırıb. Fanatlardan biri tərəfindən çəkilmiş video sosial şəbəkələrdə yayılıb. Fransalı oyunçu "Barselona"da qalıb-qalmayacağı ilə bağlı suala "bəli" cavabını verib. O, "Çelsi"yə mümkün keçidi ilə bağlı məlumatları şayiələr adlandırıb. Dembele "Barselona"da rahat olduğunu da vurğulayıb.

]Qeyd edək ki, futbolçunun klubla hazırkı müqaviləsi iyunun sonunda başa çatır. Tərəflər hələlik yeni müqavilə imzalamaq üçün razılığa gəlməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə