"Məqsədimiz perspektivli gənclərimizi üzə çıxarmaqdır" - KOMİTƏ ÜZVÜ AÇIQLADI

"Məqsədimiz perspektivli gənclərimizi üzə çıxarmaqdır" - KOMİTƏ ÜZVÜ AÇIQLADI

"Bu gün şose velosipedi üzrə Azərbaycan çempionatının birinci mərhələsi keçirildi. Bu mərhələdə velosipedçilər fərdi ötüşmələrdə mübarizə apardılar. U-17 və gənclər yaş kateqoriyalarında olan oğlanlar və qızlar, həmçinin U-23/Elit yaş kateqoriyasında olan qadın velosipedçilər 20 km, U-23/Elit yaş kateqoriyasında olan kişi idmançılar isə 40 km məsafə qət etdilər". Bunu SİA-ya açıqlamasında Azərbaycan Velosiped Federasiyasının İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov deyib.

O qeyd edib ki, iyunun 19-da ölkə çempionatının ikinci mərhələsində velosipedçilər qrup ötüşmələrində mübarizə aparacaqlar.

"Azərbaycan çempionatını keçirməkdə əsas məqsədimiz perspektivli gənclərimizi üzə çıxarmaq, onların qarşıdan gələn İslam Oyunlarında və digər beynəlxalq turnirlərdə iştirakını təmin etmək, həmçinin regionlarımızda da bu idman növünün inkişafına nail olmaq, kütləviliyi artıraraq, klublar və komandalar şəklində ölkəmizi beynəlxalq yarışlarda yüksək səviyyədə təmsil etməkdir", -deyə V.Salahov vurğulayıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə