PSJ yarımmüdafiəçi transfer edir

PSJ yarımmüdafiəçi transfer edir

PSJ "Portu"nun futbolçusu Vitor Ferreyra ilə razılığa gəlib.

SİA Qol.az-a istinadən xəbər verir ki, tərəflər müqavilənin şərtlərini razılaşdırıblar. Hazırda Paris təmsilçisinin "Portu" ilə transferlə bağlı danışıqlar apardığı vurğulanıb.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi ötən mövsüm 47 oyunda 4 qol vurub, 5 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə