"Lids" "Bavariya"nın futbolçusu Mark Rokanı transfer edib.
SİA Qol.az-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün İngiltərə təmsilçisi 12 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, M. Roka 2020-ci ildən "Bavariya"da oynayırdı. O, ötən mövsüm bütün yarışlarda 13 matça çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB