Hakimlərimiz imtahandan uğurla keçərək səviyyələrini artırıb

Hakimlərimiz imtahandan uğurla keçərək səviyyələrini artırıb

Avropa Hakimlər Komitəsinin (EKF) nəzəri və praktiki dərslərinə qatılan müxtəlif dərəcəli hakimlərimiz imtahandan uğurla keçərək səviyyələrini artırıb. SİA xəbər verir ki, Şahin Xudaverdiyev, Rənad Əliyev və Mayis Mədətov beynəlxalq dərəcələrini artırmağa, Mir-Cabbar Seyidov, Akif Kərimov və Mehman Mədətov isə beynəlxalq dərəcə almağa müvəffəq olub. Ş.Xudaverdiyev kumite üzrə referi "B" dərəcə, R. Əliyev kumite üzrə referi "B" dərəcə, kata üzrə referi "A"dərəcə, Mayis Mədətov kata üzrə "A" dərəcə, Mir-Cabbar Seyidov kata üzrə "B" dərəcə, Akif Kərimov kata və kumite üzrə "B" dərəcə, M.Mədətov isə kumite üzrə "B" dərəcəsi aldı.

Səviyyələrini artıran altı hakimin hər biri 17-19 İyunda Praqda Gənclər və yeniyetmələrin Avropa çempionatını idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə