Azərbaycan Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandanın üzvü, Tokio XVI Yay Paralimpiya Oyunlarının 3 qat qalibi Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatının qızıl medalını qazanıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, o, 100 metr məsafəyə sərbəst üzmə növündə 53.07 nəticə göstərib. Bununla da, millimizin dünya çempionatında qazandığı medalların sayı 5-ə çatıb.
Qeyd edək ki, bundan əvvəl keçirilmiş yarışlarda R.Saley 1 qızıl, 2 gümüş, digər təmsilçimiz Vəli İsrafilov isə 1 qızıl medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB