"Traktor"un yeni baş məşqçisi

Bu gün Ertuğrul Sağlamla yollarını ayıran "Traktor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

SİA Qol.az-a istinadən xəbər verir ki, komandanı Kurban Berdıyev çalışdıracaq. Təbriz klubunun rəhbərliyi 2 gün əvvəl 70 yaşlı mütəxəssislə Tehranda görüşüb. Nəticədə tərəflər razılaşıblar.

Qeyd edək ki, bu gün "Traktor"dan ayrılan Ertuğrul Sağlamı "Neftçi"nin baş məşqçisi olmağa iki əsas namizəddən biridir. Digəri Moldova "Şerif"inin sabiq baş məşqçisi Yuri Vernidubdur.

Bütün xəbərlər Facebook səhifəmizdə