"Milli komandanın uğuru digərlərinə stimul olacaq" - MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ DANIŞDI

"Milli komandanın uğuru digərlərinə stimul olacaq" - MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ DANIŞDI

"Prezident İlham Əliyevin Avropa çempionu olmaları münasibəti ilə mini-futbol üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüşməsi və komandaya 1 milyon manat pul ayırması ilk növədə dövlət başçısı tərəfindən onların bu nailiyyətinə verilən yüksək qiymətdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

Onun sözlərinə görə, bu, komandanı yeni-yeni qələbələrə ruhlandıracaq və stimul verəcək: "Konkret olaraq, pul vəsaitinin ayrılması komandanın inkişafına töhfə verəcək, onun maddi durumunu yaxşılaşdıracaq. Təbii ki, komandadan gözlənilərimiz var. Əsas gözləntimiz komandanın yüksək və peşəkar oyun səviyyəsinin davamlı olmasıdır, növbəti Avropa və dünya çempionatlarında da belə sevindirici nəticələr qazanmasıdır. Düşünürəm ki, mini-futbol üzrə komandamızın Avropa çempionluğunu qazanması digər növlərdə mübarizə aparan idmançılarımız və komandalarımız üçün də bir stimul olacaq.

Azərbaycan idmançıları ənənəvi olaraq şahmat, güləş, cüdo, karate kimi fərdi idman növlərində yüksək nəitcələr göstərir, kuboklar qazanır, çempion olurlar. Amma komanda oyunlarında belə nətixələrə az əldə edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi biz komanda idman növlərində böyük uğurlara nail ola bilməmişik. Bu baxımdan mini-futbol komandamızın Avropa çempionluğunu qazanması idman sahəsində tarixi nailiyyətlərimizdən biri hesab olunmalıdır. İnanırıq ki, komandamız gələcəkdə də Azərbaycan ictimaiyyətini böyük qələbələrlə sevindirəcək, digər növlərlə məşğul olan komandalarımızı da belə qələbələrə səsləyəcək, həvəsləndirəcək".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə