Mini-futbol üzrə Avropa çempionları təəssüratlarını - SİA-YA DANIŞDILAR
Mini-futbol millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxaraq, həlledici matçda Rumıniya ilə üz-üzə gəlib. 1:0 hesabı ilə qalib gələn millimiz tarixində ilk dəfə Avropa çempionu olub. Millimizin təəssüratlarını eyni zamanda oyun barədə fikirlərini öyrənmək məqsədi ilə SİA Mini futbol üzrə Avropa çempionları arasında sorğu keçirdib.

Millinin kapitanı Ramil Həsənzadə: “Mən 2020-ci ildə müsahibə verən zaman qeyd etmişdim ki, Azərbaycan mini futbol üzrə Avropa çempionu olmağa iddalıdır. Artıq biz dediyimizi etmişik, sözümüzü yerinə yetirmişik. O zamanlar çox adam mənim sözümə inanmadı və hətta bəziləri mənim bu sözümə güldü. İndi isə həmin o danışdığım kadrı hər yerdə yayımlayırlar. Bildiyiniz kimi millidə komanda da olan hər bir idmançı azərbaycanlıdır. Millinin hamısı azərbaycanlı olduğu zamanda himn səsləndirilən an hər kəs bir nəfər kimi himni qürur hissi ilə oxuyur. Mənim fikrimcə, hər şey burdan başlayır. Cənab Prezident bizi çox yaxşı qarşılayaraq, dəstəklədiyini bildirdi. Bir daha Ali Baş komandana öz təşəkkürümü bildirirəm”.
Baş Məşqçi Elşad Quliyev: “Bizim əsas hədəfimzi qrupdan çıxmaq idi. Mən oyundan öncədə müsahibələrimdə qeyd etmişdim ki, qrupdan yaxşı çıxa bilsək finala qədər irəliliyə bilərik. Belə də oldu. Qrupdan çıxarkən ilk oyunumuz İsrail komandası ilə oldu. İsrail komandası güclü komandadır. Biz onlara qalib gəldikdən artıq yarım final və final barədə düşünməyə başladıq. Təbii ki, bizim oyun barədə məlumatımız var idi və bunun üçün müəyyən məşqlər keçmişdik. Fikrimcə, bu dəfə ki, komandalar daha güclü idi. Fransada, Portuqaliyada, İtaliyadan çox güclü oyunçular var idi. Mini futbol elə bir şeydir ki, bu idman növü üzrə texniki və praktik cəhətdən güclü olmalısan. 2024-cü ildə Avropa çempionatının Bakıda keçirilməsi barədə danışıqlar aparılsa da, baş tutmadı. Biz artıq Dünya çempionatlığına vəsiqə qazanmışıq. Avropa çempionatında 8 komanda dünya çempionatığına vəsiqə qazanıb. Məhz həmin 8 komandadan biri bizik. Dünya çempionatı Birləşmiş Ərəb Əmirliyində keçiriləcək və oyunun yanvar ayında baş tutacağı gözlənilir. Bunun üçün də çox sevinc və qürur hissi keçiririk. Cənab Prezidentin bizə göstərdiyi dəstək göz önünüdədir. Biz oyun zamanıda fikirləşirdik ki, qalib olsaq cənab Prezident bizi qəbul edər”.
Məşqçi Davud Kərimi: “Mən 20 ildir profesional futbolla məşğul olmuşam. Daha sonra mini-futbola dəvət aldım və 1 ildir ki, mini futbolla məşğul oluram. Bizim əsas məqsədimiz qrupdan çıxmaq idi. Lakin qrupdan çıxandan sonra artıq qalibiyyət barədə düşünməyə başlamışdıq. Dünya çempionatı barədə bizim baş məşqçimizdə Cənab Prezident İlham Əliyevin yanında qeyd etdi ki, əlimizdən gələni etməyə çalışacayıq ki, üç yerdən birini tutaq. Cənab Prezidentlə görüşü biz çoxdan arzu edirdik və həmin an çox həyəcanlı idik. Şükürlər olsun ki, Allah bizə cənab Prezidentlə görüşü nəsib etdi”.

Mini-futbol üzrə Avropa Çempionu Vitali Borisov: “Biz oyuna başlarkən hər şeyin çox çətin olacağını bildirdik. Təbii ki, əsas məqsədimiz Avropa çempionu olmaq idi. Artıq mərhələləri keçdikcə qalib olmacağımıza daha çox inanırdıq. Cənab Prezidentlə görüşmək hər bir idmançıya qismət olmur. Bizim də ən çox istəyimiz Cənab Prezidentlə görüşmək idi. Təbii ki, görüş zamanı çox həyəcanlı idik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB