Polşa klubunu "Qarabağ"la oyuna çıxaracaq baş məşqçi bəlli olub

Polşa klubunu "Qarabağ"la oyuna çıxaracaq baş məşqçi bəlli olub

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa "Lex"inin yeni baş məşqçisi bəlli olub. SİA xəbər verir ki, komanda Con van den Broma tapşırılıb. Niderlandlı mütəxəssisin yaxın günlərdə Poznan təmsilçisi ilə rəsmi müqavilə imzalayacağı bildirilib.

O, "Lex"in baş məşqçisi kimi debütünü Ağdam klubuna qarşı ev oyununda gerçəkləşdirəcək.

Qeyd edək ki, "Qarabağ" ilk matçını 5-6 iyulda səfərdə, cavab görüşünü 12-13 iyulda evdə keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə