Benzema karyerasını başa vurmaq istədiyi klubu açıqladı

Benzema karyerasını başa vurmaq istədiyi klubu açıqladı

"Real"ın futbolçusu Kərim Benzema karyerasını Madrid klubunda başa vurmaq istəyir.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə fransalı hücumçu "Onze Mondial"a açıqlamasında deyib: "Mənim üçün "Real" dünyanın ən böyük klubudur. La Liqadan da daha yaxşı liqa yoxdur. Başqa bir liqada oynamağı yoxlamayacağam".

Qeyd edək ki, K.Benzema 2009-cu ildən "kral klubu"nda oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə