"Liverpul" "Benfika"nın hücumçusunu aldı

"Liverpul" "Benfika"nın hücumçusunu aldı

"Liverpul" "Benfika"nın futbolçusu Darvin Nunesi transfer edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, uruqvaylı hücumçu ilə 6 illik müqavilə imzalanıb.

Britaniya mətbuatı "Liverpul"un bu keçid üçün qarşı tərəfə 100 milyon avro ödəyəcəyini yazıb.

Qeyd edək ki, 22 yaşlı forvard ötən mövsüm Portuqaliya çempionatında 28 oyuna çıxıb, 26 qol vurub və 4 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə