Futboldakı uğursuzluqlar nə zaman bitəcək? - SABİQ BAŞ MƏŞQÇİ DANIŞDI
“Peşəkar futbolda bizim böyük problemlərimiz var. Bu problemlər 30 ildir ki, davam edir”. Bu sözləri SİA-ya açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədov bildirib.
Onun sözlərinə görə, Ali Baş Komandan cənab İlham Əliyev idmana və xüsusilə də futbola diqqət göstərir: “Həmçinin dövlətimiz idmanın və futbolun inkişaf etməsi üçün hər bir dəstəyi göstərir. İdmanın hər bir sahələrinin inkişafı üçün infrasturukturlar yaradılaraq, müxtəlif bölgələrdə idman zalları, stadionlar yaradılır, Olimpiya Kompleksləri tikilir. Bütün bunlar da cənab Prezidentin idmana nə dərəcədə önəm verdiyinin bariz nümunəsidir. Hər birimizin bildiyi kimi Federasiya 15 ildir ki, neft şirkəti tərəfindən maliyyələşir. 2005-2015-ci illərdə Dövlət Proqramı hazırlansa da, lakin həmin dövlət proqramında nələrin nəzərdə tutulması barədə heç bir məlumat verilmədi. Komandalarımızın az olmasının səbəbi regionlarda futbol klublarının az olması ilə bağlıdır.
Fikrimcə, regionlarımızda futbol klubları yaradılmalıdır. Ümumilikdə bu il "Kəpəz", "Turan" komandası da Premyer Liqaya qayıtsa da, komandalarda çatışmamazlıqlar var. Çünki hər halda çempionatda 16 komanda olsa daha məqəsədəuyğun olar. Biz bütün komandalarımızı cəlb edib, onlarla işləməliyik və çalışmalıyıq ki, bütün bölgələrimizə aid olan futbol komandaları yaradılsın. Bu gün yerli futbolçulara deyil, milli futbolçulara daha çox önəm verilir. Elə komandamız var ki, Dağıstandan gətirdiyi futbolçunu milliləşdirib, oyuna salırlar. Lakin akademiyada yetişdirilən futbolçularımız var ki, onlar qıraqda qalır. Milli yığma komandanın tərkibində əcnəbi ölkənin futbolçuları çoxluq təşkil etdiyi üçün milli ruh yoxdur. Bunun üçündə yerli istedadlı futbolçularımız 19 yaşına çatdığı zaman ona dəyər verilmədiyini görəndə artıq futboldan uzaqlaşır. Hətta fikir versəniz oyun öncəsi himn səsləndirilən zaman əcnəbi futbolçular olduğu üçün əzəmətli şəkildə oxunmur. Çünki həmin futbolçularda o milli ruh və vətənpərvərlik ola bilməz. Ona görə ki, bura onun vətəni deyil. Əvvəllər 6+5 idisə, indi 7+4-dür. Yəni 7 nəfər əcnəbi, 4 nəfər isə yerli idmançımızdır. Bu düzgün deyil. Hər bir klub öz yetirməsini oyunlara çıxartsa daha yaxşı olar. Mini futbol üzrədə milli komandamızı Avopa çempionu olduqlar üçün təbrik edirəm. Uğurları davamlı olsun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB