Paralimpiyaçımız dünya 2-cisi oldu

Paralimpiyaçımız dünya 2-cisi oldu

Azərbaycan paraüzgüçüsü, paralimpiyaçımız Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatında gümüş medal qazanıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb. O, 100 metrəyə arxasıüstə üzmə növündə 1:00.71 nəticə göstərib.

Qeyd edək ki, Saley Tokio 2020 16-cı Yay Paralimpiya Oyunlarının 3 qat qalibidir.

Bütün xəbərlər Facebook səhifəmizdə