Yığmamızın futbolçuları Avropa çempionatının ən yaxşılarıdır

Yığmamızın futbolçuları Avropa çempionatının ən yaxşılarıdır

Slovakiyanın Koşitse şəhərində keçirilən mini-futbol üzrə Avropa çempionatının ən yaxşı futbolçularının adına aydınlıq gəlib.

SİA Qol.az-a istinadən xəbər verir ki, turnirin qalibi olan Azərbaycanın mini-futbol millisinin iki üzvü fərqlənib. Davud Kərimi yarışın ən yaxşı qapıçısı, Bəxtiyar Soltanov isə ən yaxşı oyunçusu seçilib. Futbolçularımıza xüsusi mükafat təqdim edilib.

Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə