Viner-Usmanova BOK rəhbərinin sözlərinə reaksiya verib

Viner-Usmanova BOK rəhbərinin sözlərinə reaksiya verib

Ümumrusiya Bədii Gimnastika Federasiyasının (VFCG) prezidenti İrina Viner-Usmanova Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Baxın rusiyalı idmançıların beynəlxalq turnirlərdən kənarlaşdırılmasının səbəbləri ilə bağlı açıqlamasına münasibət bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

“...Məncə, özü də Olimpiya Oyunlarının çempionu olan cənab Bax başa düşür ki, Rusiya və Belarus kimi güclü ölkələrin olmadığı Olimpiada da daha az cəlbedici olacaq. Məsələn, cüdo üzrə dünya çempionatına buraxıldıq. Düşünürəm ki, o, eyni qərarı versəydi, bu, dünya ictimaiyyəti tərəfindən çox müsbət qarşılanardı”. Bunları Viner-Usmanova bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri Sergey Bubka beynəlxalq idman federasiyalarından və bütün ölkələrin yarış təşkilatçılarından Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyələrinə əməl etməyi tələb edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə