"Atletika hamı üçün" tədbiri keçiriləcək

"Atletika hamı üçün" tədbiri keçiriləcək

“İdman hamı üçün” layihəsi çərçivəsində, Bakı Konqres Mərkəzinin qarşısında “Atletika hamı üçün” tədbiri keçiriləcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyunun 12-də, saat 10.30-dan 11.30-dək davam edəcək tədbirə hər kəs qoşula bilər.

“Atletika hamı üçün” layihəsinin proqramına yerindən uzunluğa tullanma, tibbi topun atılması (uşaqlar 1 kq, qadınlar 2 kq, kişilər 3 kq), 30 metr məsafəyə qaçış, ailə estafeti və uşaqlar üçün “vorteks atışı” daxildir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə