"Formula1" Azərbaycan Qran-Prisi çox mükəmməl şəkildə təşkil olunub - ŞƏHİD BACISI DANIŞDI
"Bu gün Nizami rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid ailəsi olaraq "Formula1" yarışında izləyici kimi iştirak edirik".
Bu sözləri jurnalistlərə açıqlamasında şəhid Alı Həsənlinin bacısı Fidan Həsənli bildirib.
O, qardaşının timsalında canından və qanından keçmiş bütün şəhidlərə rəhmət diləyib: "Mən hər zaman qardaşımı yanımda hiss etmişəm. Bu gün də hiss edirəm ki, o mənimlədir. Qardaşımın adından bu tədbirdə iştirak edərək, onu təmsil etmək bizə sadəcə qürur verir. Əminəm ki, onun ruhu şaddır. Qardaşım 25 yaşında Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Torpaqlarımız işğalda olarkən hələ o dünyaya gəlməmişdi. Lakin 2-ci Qarabağ müharibəsi başladığı gündən etibarən o hər şeyindən keçərək müharibəyə getdi. Biz bu gün hər bir anımızı ona yaraşan bir şəkildə yaşayırıq. "Formula1" oyunları barədə onu deyə bilərəm ki, hər şey çox mükəmməl şəkildə təşkil olunub. Könüllüsündən başlayaraq media nümayəndələrinə kimi hər şey diqqətlə hazırlanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB