Bu gün şəhid ailələri və qazilərimizdə bizimlədir - MİLLƏT VƏKİLİ AÇIQLADI
"Bu gün "Formula1" Azərbaycan Qran-Prisinin ilk günüdür. Mən üçün çox qürurverici bir haldır ki, bizim şəhid ailələrimiz və qazilərimiz də buradadır". SİA xəbər verir ki, bunu millət vəkili və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai bildirib.
Onun sözlərinə görə, bütün bu cür tədbirlər keçiriləndə ağlımıza da gəlməzdi ki, bizim torpaqlarımız işğaldan azad olunacaq və biz qəhrəmanlarımızı bu kimi tədbirlərdə qarşılayacayıq. Həqiqətən də bu böyük bir şərəfdir . Biz bu gün şəhid ailələrinə və qazilərimizə borcluyuq. Dövlətin əsas məqsədi şəhid ailələrinin və müharibə iştirakçılarının həyat, fəaliyyətlərinin yaxşılaşdırılması yönündə işlər görməkdir. Bütün qurumlar çalışır ki, Vətən müharibəsinin iştirakçılarının, şəhid ailələrinin hər zaman yanında olsunlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB