Mini-futbol millimiz yarımfinalda

Bu gün mini-futbol üzrə Azərbaycan millisi Avropa çempionatında 1/4 final oyununa çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığma turnirə ev sahibliyi edən Slovakiya ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 42-ci dəqiqədə Elvin Əlizadə vurub. 49-cu dəqiqədə Vüsal İsayev qırmızı vərəqə alsa da, millimiz qapısını toxunulmaz saxlayıb.

AÇ-nin startı ərəfəsində - iyunun 2-də Slovakiya ilə yoldaşlıq görüşü keçirən yığmamız rəqibinə 2:1 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, yığmamız yarımfinalda sabah Qazaxıstanla qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə