Milli Qurtuluş Günü ilə bağlı futbol yarışına start verilib - FOTOLAR
YAP İmişli rayon təşkilatının, Mil-Muğan Regional Təhsil İdarəsinin və İmişli Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş gününə həsr olunub, 2010-2011-ci il təvəllüdlü məktəblilər arasında futbol üzrə rayon birinciliyinə start verilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan İmişli Uşaq Gənclər Şahmat məktəbinin direktoru Akşin Mürsəlov bildirib ki, 120 məktəblidən formalaşmış 12 komandanın iştirakı ilə keçirələcək yarış 5 gün davam edəcək. İyun ayının 14-də final oyunu keçiriləcək, qalib gələn komandanın üzvləri diplomlarla mükafatlandırılacaq.
Yarışın açılış mərasimində iştirak edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev müstəqillik salnaməsində mühüm rol oynayan əlamətdar Qurtuluş gününün tarixi barədə iştirakçılara ətraflı məlumat verib. Natiq qeyd edib ki, həmin dövrdə dahi şəxsiyyət Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi ölkəmizi böyük fəlakətlərdən qurtarıb.
Daha sonra çıxış edənlər Milli Qurtuluş günü ilə bağlı fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB