Formula 1 yarışlarında bizi nə gözləyir? - MƏTBUAT KATİBİ AÇIQLADI

Formula 1 yarışlarında bizi nə gözləyir? - MƏTBUAT KATİBİ AÇIQLADI

“2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinə gördüyünüz kimi hazırıq”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Halqasının milli mətbuat katibi Turab Teymurov bildirib.

Onun sözlərinə görə, bu möhtəşəm tədbir nəhayət ki, azərbaycanda 6-ci dəfə keçirilir: “Hər birinizində gördüyü kimi pit zolağında turistlərin əlindən yer yoxdur. Ümumilikdə statistikaya nəzər yetirdiyimiz zaman görürük ki, bilet satışlarının 60 faizi məhz xarici ölkələrdən, 40 faizi isə yerli vətəndaşlar tərəfindən alınıb. Hər şey hazırdır. 3 əyləncə zonamız var. Bu gün azərkeşlər üçün Pit zolağı yürüşü keçirilir. Növbəti günlərdə isə yəni həftənin cümə, şənbə və bazar günlərində yarışın sərbəst yürüşü, sıralanma turları və final olacaq. Qeyd etdiyim kimi hər şey çox yaxşıdır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə