"Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka komandanın 2021/22 mövsümünün ən yaxşı futbolçusu seçilib.
SİA Matç.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Saka azarkeşlərin səslərinin 58 faizini qazanıb.
Saka ötən mövsüm “Arsenal”ın heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB