PSJ onun transferi üçün danışıqlara başladı

PSJ onun transferi üçün danışıqlara başladı

"Sassuolo"nun və İtaliya millisinin hücumçusu Canluka Skamakka PSJ-yə keçə bilər.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb. Bildirilib ki, təmsilçilər oyunçunun transferi ilə bağlı A seriyası təmsilçisi ilə danışıqların aktiv mərhələsinə keçiblər.

Qeyd edək ki, 23 yaşlı futbolçu ötən mövsüm "Sassuolo"nun heyətində 16 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə