“Konyaspor” iki Xorvat futbolçu ilə müqavilə imzalayıb

“Konyaspor” iki Xorvat futbolçu ilə müqavilə imzalayıb

“Konyaspor” Xorvatiyanın “Riyeka” komandasından Domaqoy Paviçiç və Robert Muriçi heyətinə daxil edib.

TRT Spor xəbər verir ki, Spor Toto Süper Liqa komandalarından olan “Konyaspor” heyətini iki yeni xorvat futbolçu ilə gücləndirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Yaşıl-ağlılar Riyeka komandasında çıxış edən Domaqoj Paviçiç və Robert Muriçin ilə müqavilə bağladığını açıqlayıb.

Qeyd edək ki, D. Paviçiç ötən mövsüm 39 oyunda 5 qol və 6 məhsuldar ötürmə, Muriç isə 37 oyunda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə