Azərbaycanın U-21 yığması bu gün Finlandiyanın qonağı olacaq

Azərbaycanın U-21 yığması bu gün Finlandiyanın qonağı olacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək. SİA-nın məlumatına görə, rəqib Finlandiyanın müvafiq yaş qrupundan ibarət komandası olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Helsinkidəki eyniadlı stadionda təşkil olunacaq qarşılaşmanı Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.

Hazırda Azərbaycan millisi A qrupunda 8 oyundan 7 xalla 5-ci, Finlandiya isə 16 xalla 3-cü pillədə qərarlaşıb.

AVRO-2023, seçmə mərhələ

17:00. Finlandiya – Azərbaycan

Hakimlər: Jasmin Sabotiç, David Mateus Santos, Dani Dias Balsa, Jeremi Müller
(hamısı Lüksemburq)

"Helsinki Football Stadium".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə