Amerikanın məşhur “Netflix” onlayn platformasının nümayəndələri 2022 -ci il Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində ölkəmizə səfər edəcək. SİA xəbər verir ki, Formula 1 yarışlarından bəhs edən, qısa zamanda böyük tamaşaçı marağı qazanmış “Drive tosurvive” sənədli serialının 5 -ci mövsümündə Bakı yarışı həyəcanlı anları ilə yer alacaq.
Həyəcanverici hadisələrlə yadda qalan öncəki Bakı yarışlarının anbaan görüntüləri məhz bu serialda yer alıb. 2018-ci ildə Red Bullkomandasının pilotlarının məşhur toqquşması, 2021-ci ildə Maks Verstappenin yarış bitməsinə üç dövrə qalmış qəzaya uğraması, Luis Hemiltonunyarışın restartındakı böyük səhvi kimi dramatik səhnələr Bakı yarışını daha da unudulmaz edib.
“Bakı yuxularıma kabus kimi girir.“ - buraxdığı səhvdən sonra Luis Hemiltonun Mersedesinkomanda rəhbəri Toto Vulf ilə söhbət zamanı səsləndirdiyi fikir “Drive to survive”izləyicilərinin diqqətindən qaçmayıb.
Serial yayımlandığı dörd mövsüm ərzindəazarkeşlərə Formula 1 yarışlarının maraqlıməqamlarını, komanda və pilotların real hazırlıq prosesini, həyəcanlı görüntülərini, bir sözlə, F1 ruhunu daha yaxından hiss etdirməyi bacarıb.
Bu il çəkiləcək “Drive to survive” sayca 5-ci mövsümü Formula 1 Azərbaycan Qran Prisininfərqli və daha həyəcanlı saniyələri ilə yadda qalacağına əminik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB