"Bu gün keçirilən İdman Festivalı Azərbaycan və Bolqarıstan dövlətləri arasındakı diplomatik əlqələrin qurulmasının 30 illiyi münasibəti ilə təşkil olunub". SİA xəbər verir ki, bu sözləri İdman Festivalında jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov bildirib.
Onun sözlərinə görə, bu cür tədbirlər ənənəvi bir hal almağa başlayacaq: "Gördüyünüz kimi burada bir çox azərkeşlər var və onlar son dərəcə də aktiv şəkildə iştirak edirlər. Həmçinin qeyd etmək istərdim ki, ölkəmizdə bu kimi tədbirlərin təşkil olunması idmançılarımız üçün təcrübə rolunu oynayır. Ən əsas məqsədimiz bu tədbirləri ənənə halına salaraq, davamlı şəkildə təşkil etməkdir. Burada gimnastika, aerobika, güləş və s. digər idman növləri üzrə də idmançılarımız yarışırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB