Busqets, Alba...elə Jerar Pike də narazıdırlar

Busqets, Alba...elə Jerar Pike də narazıdırlar

“Barselona”nın bir neçə futbolçusu klubun maaşları azaltmasına qarşı çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.

"Barselona" müqaviləsi yeni uzadılan futbolçular istisna olmaqla bütün oyunçuların maaşlarını 50 faiz azaltmaq istəyir. Komandanın kapitanları olan Serji Busqets, Jerar Pike və Jordi Alba bu tədbirə qəti şəkildə qarşıdırlar.

Əvvəllər onlar artıq iki dəfə maaşları aşağı salmağa razılıq veriblər. Lakin futbolçular bu dəfə məvaciblərinin endirilməsini itəmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə