Millimiz Avropa çempionatının yarım finalında

Millimiz Avropa çempionatının yarım finalında

Basketbolun 3x3 növü üzrə millimiz Avropa çempionatının seçmə mərhələsinin yarım finalına çıxıb. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 3x3 basketbol üzrə kişilərdən ibarət milli komandamız Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində qrup oyunlarını keçirib. B qrupunda qərarlaşan millimizin rəqibləri Kipr, Lüksemburq və Andorra komandaları olub. İlk görüşdə Kipr basketbolçuları ilə qarşılaşan yığmamız rəqibinə 19-11 hesabı ilə qalib gəlib. İkinci qarşılaşmada komandamız Lüksemburq yığması ilə qarşılaşıb və oyundan 16-10 hesablı qalibiyyətlə ayrılıb. Qrupun sonuncu oyununda millimiz Andorra basketbolçuları ilə görüşüb və meydançadan 21-13 hesabı ilə qalib ayrılıb. Qrupu ilk pillədə tamamlayan milli komandamız turnirin yarım final mərhələsinə vəsiqə qazanıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə