"Qarşılaşmalarım gərgin keçdi. 1/4 finalda Gürcüstandan olan rəqibim Georgi Sardalaşviliyə məğlub olsam da, təsəlliverici görüşdə Ukrayna cüdoçusu Bekirbek Mordoyevə tam üstünlüklə qalib gəldim. Bürünc mükafat uğrunda qarşılaşmada isə Rövşən Əliyevi yenməyi bacardım". SİA xəbər verir ki, bunu Tbilisidə keçirilən Böyük Dəbilqədə 60 kq çəki dərəcəsində bürünc medal qazanmış Turan Bayramov deyib.
Gənc idmançının sözlərinə görə, Azərbaycan yığmasının digər üzvü ilə qarşılaşması başqa rəqibləri ilə görüşlərindən daha çətin keçib: "Bir-birimizi yaxşı tanıyırıq, texnikalarımıza bələdik. Eyni yığmanın üzvü olsaq da, döşəkdə rəqibik. Qismət mənim imiş, qalib gəldim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB