Futbol üzrə Kolumbiya millisinin yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Nestor Lorenso çalışdıracaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Argentinalı mütəxəssislə dörd illik müqavilə imzalanıb. O, komandanı 2026-cı ildə keçiriləcək dünya çempionatına aparmalıdır.
Xatırladaq ki, 56 yaşlı mütəxəssis 2012-2019-cu illərdə Kolumbiya millisinin məşqçilər korpusunda yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB