Artem Dzyuba Türkiyədə oynaya bilər

Artem Dzyuba Türkiyədə oynaya bilər

Sankt-Peterburqun "Zenit" futbol klubunun sabiq hücumçusu Artem Dzyuba Türkiyə komandasına keçə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Match TV” kanalı məlumat yayılıb.

Məlumata görə, 33 yaşlı hücumçunun Rusiyada qalma şansı çox azdır. Bu günə qədər onun üçün ən real və prioritet variant Türkiyə çempionatına keçməkdir.

Xatırladaq ki, 2021/22 mövsümündə Dziuba Rusiya çempionatında "Zenit"in heyətində 28 oyun keçirib və 11 qol vurub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə