İyunun 7-dən 10-dək Şağan Olimpiya İdman Kompleksində ilk U-15 Azərbaycan çempionatı keçiriləcək.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yarışın ilk 2 günündə sərbəst güləşçilər mübarizə aparacaq.
Növbəti 2 gündə isə yunan-Roma güləşçiləri çıxış edəcək.
Hər gün 5 çəki üzrə qaliblər müəyyənləşəcək. Görüşlər saat 10:30-da başlayacaq.
İyunun 7-də saat 16:00-da ilk dəfə keçiriləcək çempionatın açılış mərasiminin başlanması nəzərdə tutulub.
Qeyd edək ki, çempionatın nəticələrinə əsasən, U-15 yaş qrupu üzrə milli komandaların heyəti formalaşacaq.
Yığmalarımız Avropa çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışı keçdikdən sonra qitə birinciliyinə ezam olunacaq.
U-15 Avropa çempionatı iyulun 16-dan 19-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB