"Baselona"nınn futbolçusu Kleman Lanqle "Barselona"dan ayrılmağa razılaşıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Catalunya Radio" məlumat yayıb. Baş məşqçi Xavi Ernandesin gələn mövsüm üçün planlarında olmayan 26 yaşlı mərkəz müdafiəçisi növbəti iki ili icarə əsasında "Tottenhem"də keçirə bilər. "Barselona" artıq London klubu ilə danışıqlar aparır.
Fransız futbolçunun "Barselona" ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. O, 2018-ci ildə Kataloniya klubuna keçib və komandanın heyətində 160 oyuna çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB