"Bu Azərbaycanın tanınmasına və daha çox turist axınına səbəb olur" - AVROPA ÇEMPİONU AÇIQLADI

"Bu Azərbaycanın tanınmasına və daha çox turist axınına səbəb olur" - AVROPA ÇEMPİONU AÇIQLADI

"Bildiyimiz kimi "Formula 1" yarışı dünyaca çox geniş auditoriyaya malik yarışlardan biridir". Bu sözləri SİA-ya açıqlamasında Avropa çempionu Əliabbas Rzazadə deyib.

Onun sözlərinə görə, bu yarışa Azərbaycanın ev sahibliyi etməsinin ölkəmiz üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz yarışlara necə yüksək səviyyədə təşkil edildiyini gələn turistlərə göstərir: "Bu yarışları izləməyə gələn turistlər ölkəmizin mədəniyyəti ilə tanış olur, gəzməli görməli yerlərə gedir, tarixi abidələrimiz haqqında maraqlı məlumatlar turistlərin marağını daha çox cəlb edir. Beləliklə yarışı izləməyə gələn turistlər ölkəmizi tanıdıqca daha çox gəzmək daha çox maraqlı məlumat əldə etməyə çalışırlar. Bu da Azərbaycanın tanınmasına və daha çox turist axınına səbəb olur".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə