Tərəflər arasında müqavilə imzalanıb

Tərəflər arasında müqavilə imzalanıb

Rusiya millisinin əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Səmədov "Fakel" klubunda baş seleksiyaçı funksiyasını yerinə yetirəcək. SİA xəbər verir ki, tərəflər arasında müqavilə imzalanıb.

38 yaşlı mütəxəssis klubun idman direktoru Kirill Kotovun rəhbərliyi altında çalışacaq.

Qeyd edək ki, Aleksandr Səmədov futbolçu karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında, həmçinin "Krılya Sovetov” komandasında çıxış edib. O, son olaraq "Lokomotiv"də baş seleksiyaçı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə