ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə mayın 28-də Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş növbəti şahmat turniri keçirilib. SİA xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, La Xoya-Riford Kitabxanasında keçirilən “4-cü San Dieqo - Azərbaycan Gənclərarası Şahmat Turniri”ndə 8-18 yaş arasında olan 30 gənc amerikalı şahmatçı mübarizə aparıb.
İlk 3 yeri tutan şahmatçılara Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr, o cümlədən bütün iştirakçılara Azərbaycana dair müxtəlif suvenirlər və nəşrlər təqdim olunub.Turnirin iştirakçılarına Azərbaycanın Müstəqillik Günü, ölkəmizdə şahmat idmanının inkişafı və məşhur azərbaycanlı şahmatçılar barədə məlumat verilib və kitabçalar paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB