Superliqa klubu Özbaltaya həvalə olundu

Superliqa klubu Özbaltaya həvalə olundu

Türkiyə Superliqası təmsilçisi "Hatayspor"un yeni baş məşqçisi müəyyənləşib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Serkan Özbalta təyin edilib. Onunla 2 illik müqavilə imzalanıb. S.Özbalta istefaya göndərilən Ömer Erdoğanı əvəzləyib.

Qeyd edək ki, türk mütəxəssisin son klubu ötən mövsüm çalışdırdığı "Altay" olub.

Bütün xəbərlər Facebook səhifəmizdə