Türkiyənin "Fənərbağça" klubu yeni baş məşqçisini açıqlayıb. SİA-nın məlumatına görə, İstanbul təmsilçisi portuqaliyalı Jorji Jezuşla danışıqlara başladığını İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) bildirib.
68 yaşlı mütəxəssis ötən gecə Türkiyəyə gəlib. Onunla 2 illik müqavilənin imzalanacağı gözlənilir.
Qeyd edək ki, Jorji Jezuş ölkəsində "Benfika"dakı uğurlarına görə tanınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB