Şahmat festivalı keçiriləcək

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə dəstəyi ilə "Landau School" Təhsil Kompleksi tərəfindən şahmat festivalı keçiriləcək. SİA xəbər verir ki, İyunun 26-da başlayacaq yarış 4 müxtəlif yaş qruplarında 8, 10, 12, 14 yaşadək oğlan və qızlar arasında təşkil olunacaq. Festival İsveçrə sistemi ilə baş tutacaq və 8 turdan ibarət olacaq. Qızlar və oğlanlar arasında hər yaş qrupunda ilk üç yeri tutacaq iştirakçılara qiymətli hədiyyələr və diplom təqdim olunacaq. Şahmat festivalına iyulun 3-də yekun vurulacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə