“Rubin” güclənir?

Kazanın “Rubin”i yeni mövsümə hazırlıq çərçivəsində heyətini beş “yeni” futbolçu ilə gücləndirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bukmeker kontorlarının reytinqi” məlumat yayıb.

Beləliklə, vaxtilə “Axmat”da oynayan 35 yaşlı rusiyalı yarımmüdafiəçi Oleq İvanov “Rubin”ə keçib. Qeyd edək ki, onun son klubu "Ufa" olub.

Bundan başqa, ÇSKA-nın yetirməsi olan Artem Popov, “Spartak”və “Dinamo”nun keçmiş oyunçusu Aleksandr Zotov da Kazana daşınıblar.

Bunlardan başqa Valeri Çuperka və Dmitri Kabutov da gələn ildən “Rubin”də top qovacaqlar.

Qeyd edək ki, “Rubin” 2021/2022 mövsümünün sonunda Rusiya Premyer Liqasından (RPL) aşağı liqaya düşüb. Komanda 30-cu turun matçında "Ufa"ya uduzaraq çempionatı 15-ci pillədə başa vurub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə