Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat konfransı keçiriləcək
İyunun 1-i Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının media üçün açıq mətbuat konfransı təşkil ediləcək. SİA xəbər verir ki, mətbuat konfransı saat 15:00-da Dənirkənarı Milli Park ərazisində yerləşən “Kiçik Venesiya şəhərciyi”ndə baş tutacaq. Tədbir zamanı Azərbaycan Kanoe və Avarçəkmə federasiyasının cari il ərzində gördüyü işlərvə gələcək planları haqqında məlumat veriləcək və KİV nümayəndələrinin sualları cavablandırılacaq. Həmçinin federasiyanın yeni rəsmi internet saytı ictimaiyyətə təqdim ediləcək.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə baş tutacaq bu tədbirdə avarçəkmə qayıqları “Kiçik Venesiya şəhərciyi” ərazisindəki suda nümayiş etdiriləcək. Burada əsas məqsədlərdən biri paytaxt Bakıda yaşayan uşaqlar və yeniyetmələr arasında avarçəkməyə marağı daha da artırmaq, eyni zamanda onları bu idman növünə cəlb etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB