2028-ci ilin iyununa qədər "Real"da qalacaq

2028-ci ilin iyununa qədər "Real"da qalacaq

"Real" mərkəz müdafiəçisi Eder Militao ilə müqaviləni uzadacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, braziliyalı oyunçu ilə 2028-ci ilin iyununa qədər qüvvədə olacaq müqavilə imzalanacaq. Artıq tərəflər müqavilənin bütün detalları ilə bağlı razılığa gəliblər və yalnız rəsmi açıqlamalar qalıb.

Qeyd edək ki, Militao 2021/2022 mövsümündə La Liqada 34 oyun keçirib, 1 qol vurub və 3 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə