Basketbol üzrə Tələbə Liqası super kubok yarışının finalı keçiriləcək

Basketbol üzrə Tələbə Liqası super kubok yarışının finalı keçiriləcək

Mayın 31-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində basketbol üzrə Tələbə Liqası super kubok yarışının finalı keçiriləcək. Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən SİA-ya bildiriblər ki, həlledici mərhələdə Azərbaycan Dövlət Neft Sənayesi Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları üz-üzə gələcəklər.

Yarış Azərbaycan Basketbol Federasiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə